Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirilib - TƏFƏRRÜAT, YENİLƏNİB-2
Yevlaxda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.
Toyun iştirakçıları olan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlu ilə 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman E.Abışova kəsici-deşici alətlə ağır xəsarət yetirilib. O, aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayev isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
19:49
Yevlaxda 24 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb.
Bu barədə "Report"a Yevlax rayon prokurorluğundan bildirilib.
İyunun 10-da, saat 18 radələrində Yexlax rayonu ərazisində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlunun aralarında yaranmış mübahisə zamanı Elmir Abışova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
19:19
İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var