Bakı-Quba yolunda "Rənc Rover" kül oldu
Bakı-Quba yolunda “Rənc Rover” markalı avtomobil yanıb.
Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.az-a faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə may ayının 2-də Bakı-Quba yolunun 98-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Orxan Zaur oğlu Göyçayevin idarə etdiyi “Rənc Rover Velar” markalı 10-JR-059 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən alışıb.
İlkin ehtimala görə, hadisə qısaqapanma səbəbindən baş verib. Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.
Xəsarət alan və ya ölən olmayıb.
“Sürücülərdən bir daha xahiş edirik ki, avtomobillərinin sazlığına diqqət etsinlər və avtomobilin elektrik sistemində hər hansı müdaxilələrə yol verməsinlər”, - deyə R.Tağıyev vurğulayıb.
Videonu təqdim edirik:

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var