Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto
Ağstafa rayonunda ağır yol qəzası baş verib.
Ötən gecə saat 23 radələrində 2003-cü il təvəllüdlü Sənan Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil Köçəsgər kəndi ərazisində qəzaya uğrayıb.
Belə ki, avtomobil asfalt yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə maşında olan sərnişinlər - 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nurəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Digər sərnişin 2005-ci il təvəllüdlü Məmmədov Murad Şəmistan oğlu isə almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.
Bildirilib ki, Murad Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Avtomobildə olan gənclər dost olublar.
Faktla bağlı Ağstafa RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var