Bakıda şagirdlər arasında dava - Xəsarət alan var
Aprel ayının 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar.
“Baş vermiş hadisə Agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar.
Qeyd edək ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və Məktəblinin dostunun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır.
Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.
Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”,- deyə əlavə edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var