SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Tarix:

26-03-2024, 14:53

/ 497 dəfə oxundu.
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

 Goranboy rayonu, Goranlı kəndi ərazisində qəza baş verib və bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Hunday” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücülərdən biri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər

XƏBƏR LENTİ