Bir ailəni məhv etmək istəmişdi - Psixiatrik xəstəxanaya göndərildi
Ötən ilin fevral ayında Şəmkirdə qonşuluqda yaşayan şəxsin evinə daxil olaraq 3 nəfəri bıçaqlayan 1990-cı il təvəllüdlü Fuad Məmmədovun məhkəməsi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində fevralın 1-də keçirilən prosesdə qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada ittiham edilən F.Məmmədovun cinayəti törədərkən anlaqsız olması bildirilib. Əvvəllər dəfələrlə psixiatrik xəstəxanada müalicə olunan şəxs cinayət məsuliyyətindən azad edilib.
Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələri üzrə təqsirli bilinən gəncin paranoid şizofreniya diaqnozu ilə ixtisaslaşmış psixiatrik xəstəxanada məcburi müalicəyə göndərilməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, hadisə 2023-cü ilin fevralın 24-ü gecə saat 01 radələrində qeydə alınıb. Belə ki, Fuad gecə qonşunun evinə qanunsuz daxil olaraq 1968-ci il təvəllüdlü Natiq Abbasov, onun 1972-ci il təvəllüdlü həyat yoldaşı Sevda Abbasova və nəvələri olan 2014-cü il təvəllüdlü qızı bıçaqlayıb. Çoxsaylı xəsarətlər alan şəxslər xəstəxanaya çatdırılıb.
Hadisə Abbasovlar ailəsi yatdığı zaman baş verib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var