SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Diqqət əskikliyi, yorğunluq, qəza riski... - YUXUSUZLUĞUN FƏSADLARI

Diqqət əskikliyi, yorğunluq, qəza riski... - YUXUSUZLUĞUN FƏSADLARI

Tarix:

14-08-2017, 12:32

/ 62 829 dəfə oxundu.
Diqqət əskikliyi, yorğunluq, qəza riski... - YUXUSUZLUĞUN FƏSADLARI

İsti havalarda hətta gündüzlər güclə nəfəs aldığımız bir vaxtda gecələri yatmaq əsl kabusa dönür. Amma isti havalara baxmayaraq, yaxşı bir yuxu üçün bəzi şeylərin həyata keçirilməsi kifayət edir. İsti havalarda sağlam yuxu üçün diqqət edilməsi lazım olan məqamları diqqətinizə çatdırırıq.

Həm isti hava, həm də yuxusuzluq rejiminizi poza bilər

Sağlıqlı və mükəmməl bir yuxu üçün təqribən 37 dərəcə olan bədən istiliyinin yuxu əsnasında 1-2 dərəcə düşməsi lazımdır. Amma yayda həm istiliyin, həm də nəm səviyyəsinin yüksək olması səbəbi ilə bədən sağlığı da ideal səviyyədə olmur. Bunun nəticəsi olaraq yuxusuzluq ortaya çıxır.

İşdəki nailiyyətlər aşağı düşür, qəza riski artır

Yuxusuzluq nəticəsində ertəsi gün diqqət dağınıqlığı, yorğunluq ortaya çıxır. İş fəaliyyəti aşağı düşür, hətta avtomobil qəzaları üçün risk artır. Buna görə yuxusuzluqla bağlı lazımi tədbirlər görülməli, lazım gələrsə, mütəxəssis köməyindən istifadə edilməlidir.

Yuxu probleminizi aradan qaldıracaq məsləhətlər

- Sağlam bir yuxu üçün otağın sərin olması əhəmiyyətlidir. Əgər yatdığınız yeri çox günəş tutursa, gün ərzində pərdələr bağlı olmalıdır. Yatmazdan qabaq otağın havası dəyişdirilməlidir. İstiyə qarşı daha həssas olanlar kondisioner və digər sərinləşdirici vasitələrdən istifadə edə bilərlər. Amma yatan zaman onların yatmaq rejiminə uyğun olmasına diqqət edin. Həmçinin soyuq havaya birbaşa məruz qalmamağa diqqət etmək lazımdır.

- Bədəni dəstəkləyən erqonomik yataqlarda yatmaq lazımdır.

- Yataq dəstlərinizin pambıq parçalardan olması əhəmiyyətlidir.

- Sintetik dəstlər tərləmə yaratdığı üçün qətiyyən istifadə etməyin. Axşam yeməklərində ağır, yağlı, istiotlu yeməklər istifadə etməyin. Daha yüngül qidalar seçin.

- Yatmazdan 3-4 saat əvvəl yeyib-içmək başa çatmalıdır.

- Axşam saatlarında idman etmək də məsləhət görülmür.

- Maye içilməsi də ölçülü miqdarda olmalıdır. Çünki tez-tez tualetə getmək yuxunuzu böləcək.

- Çaydakı teofil və qəhvədə olan kafein tərkibi yuxu pozulmaları yaradır. Həmçinin alkoqollu içkilər, siqaret istifadəsi də yuxu normasını pozduğu üçün məsləhət görülmür.

- Elektronik cihazlar yatdığınız yerlərdən uzaq tutulmalıdır.

- Otaqda qətiyyən televizor olmamalı, cib telefonları yatdığınız yerə qoyulmamalı, mümkündürsə söndürülməlidir.

Şərhlər

XƏBƏR LENTİ