DİQQƏT: bu istilərdə beyin qanaması keçirə bilərsiniz
Havaların isti keçməsi bir çox sağlamlıq problemlərini üzə çıxarır. Xüsusilə, təzyiq xəstələrinin isti havalarda beyin qanaması keçirtmək riski çox yüksəkdir. Odur ki, buna qarşı ehtiyat tədbirləri görmək vacibdir. Bu yazını oxusanız, nə etmək lazım olduğunu biləcəksiniz.
Beyin qanaması riski isti havalarda artır. Təzyiqin ani yüksəlməsi beyin qanamasına səbəb olur. Bəzi qaraciyər xəstəlikləri, yüksək dozada spirtli içki istifadəsi, damarlarda dəyişikliyin olması və laxtalanmanın qarşısını alan dərman istifadəsi də bu problemə yol açır.
Necə tədbir görmək olar?
Beyin qanması zamanı ciddi baş ağrısı, ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər ortaya çıxır. Qanamanın yaşandığı beyin bölgəsinə bağlı olaraq iflic olma ehtimalı da var. Şəkər, damar xəstəliyi, yüksək təzyiqi olan insanlarda bu şikayətlər yaşandığı zaman beyin qanaması ehtimalı yüksək olduğundan dərhal xəstəxanaya getmək lazımdır.
İsti havalarda beyin qanamasının qarşısını almaq üçün bu tədbirləri görün:
- Günəşin birbaşa təsirlərindən qorunmaq üçün papaq taxın.
- Səhər saat 10:00 ilə günorta 14:00 arası günəş altında gəzməyin.
- Ac qalmayın. Sağlam və müntəzəm qidalanın.
- Gün ərzində artan su ehtiyacını qarşılayın. Təzyiq dərmanlarını vaxtında qəbul edin.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır