SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Gömrük terminallarının CİBGİRLİYİ - Çökən sistemin sahibkarlara ikinci ZƏRBƏSİ

Gömrük terminallarının CİBGİRLİYİ - Çökən sistemin sahibkarlara ikinci ZƏRBƏSİ

Tarix:

24-05-2021, 16:50

/ 1 130 dəfə oxundu.
Gömrük terminallarının CİBGİRLİYİ - Çökən sistemin sahibkarlara ikinci ZƏRBƏSİ

Məmur sahibkarlığına məxsus olan terminallara məcburi yönləndirmə sahibkarları əlavə xərcə salır”.
Sahibkarların verdiyi məlumata görə, uzun müddətdir onların maşınları gömrük postlarında ilişib qalıb və nəticədə gündəlik 120-130 dollar məbləğində ziyana düşürlər. Mövcud problemin əsas səbəbi kimi Bakı Baş Gömrük İdarəsinin proqram təminatı ilə bağlı sisteminin çökməsi göstərilir. Belə ki, sistemin çökməsi sahibkarların avtomobillərinin “İpək Yolu” terminalında qalmasına səbəb olub.

Mövzu ilə bağlı sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında bildirib ki, gömrüyün fəaliyyəti ilə bağlı problemlərin aradan qalxması üçün maksimum şəffaflandırma prosesinə start verilməlidir:
“Gömrük Məcəlləsində göstərilən müəyyən maddələrə əsasən, sahibkar malını gömrük terminalına gətirməməlidir. Sahibkar sadəcə “Yaşıl dəhliz” buraxılış sistemindən qeydiyyatdan keçməli və gömrük orqanı sahibkarın malını terminala yönləndirməməlidir. Bu təcrübə dünya ölkələri ilə yanaşı, ölkəmizin gömrük qanunvericiliyində də nəzərdə tutulub. Lakin bütün malların terminallara yönləndirilməsi həm sahibkarların vəsaitinin getməsinə, həm də malın qiymətinin bahalaşmasına yol açır. Çünki malın anbarda saxlanma xərci təxminən günə 200 manatdan artıq başa gəlir.
Təəssüf ki, gömrük orqanlarının sahibkarlara “inam” və “etibarsızlığı” guya qaçaqmalçılığa qarşı mübarizə metodlarından biri kimi təqdim olunur. Halbuki qanunvericilikdəki qısa bəyannaməyə görə, mal gömrük sərhədini keçmədən öncə gömrük orqanları ona sadəcə nəzarət edə bilərlər. Yəni, sahibkarın avtomobili hara gedir və haradan gəlir. Reallıq budur ki, gömrük inspektorları terminallarda gömrük bəyannamələrini qəbul edərkən, həm də öz idarəsindən kənar qəbul etmiş kimi sahibkarlardan əlavə vəsait tələb edirlər. Gömrük terminalları gömrük orqanlarına tabe olmasa da, hansısa yüksək çinli məmurlara aiddir. Ona görə də bəzən saxlanma haqqı alınsa da, heç ”kiftansiya” verilmir. Yəni, ödənişlər nəğd şəkildə qəbul edilir, amma rəsmi sənəd verilmir. Nəticədə məmur sahibkarlığına məxsus olan terminallara məcburi yönləndirmə sahibkarları əlavə xərcə salır.
Digər tərəfdən, bu tendensiya sahibkarların gömrük orqanlarının şişirdilmiş bəyannamə qiymətini məcburi qəbul etməsi üçündür. Əlavə bəyannamə qiyməti nəticəsində süni qiymət artımı yaradılır. Mövcud problemlərin qarşısını almaq və sahibkarlığın ziyana düşməməsi üçün gömrük terminallarının sökülməsi məqsədəuyğundur”.

Şərhlər

XƏBƏR LENTİ