Kənd Təsərrüfatı Nazirliyi ilə Gömrük Komitəsinə SƏRT İTTİHAMLAR - Meyvələrin qiyməti hələ də “od saçır”
“Gömrük orqanlarının apardığı siyasət daxili bazarın yerli mallarla təmin olunmasını məhdudlaşdırır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bir sıra məhsulların, xüsusilə, mövsümi meyvələrin ucuzlaşmaq əvəzinə, getdikcə bahalaşmasının səbəblərini şərh edən sabiq millət vəkili Nazim Bəydəmirli deyib. Nazim Bəydəmirlinin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin timsalında dövlətin ümumi sahibkarlıqda rəqabət mühitini təmin edəcək addımları atmaması da mövcud bahalığın əsas səbəblərindən biridir:
“Azərbaycanda spesifik qiymət siyasəti var. Uzun müddətdir ki, bazarlarda qiymətlərin optimallaşmasını görmürük. Bunun da əsas səbəbi kənd təsərrüfatı məhsullarının bazara çıxışının çətin olması, iqtisadiyyatda inhisarçılığın mövcudluğu, Kənd Təsərrüfatı Nazirliyinin timsalında dövlətin ümumi sahibkarlıqda rəqabət mühitini formalaşdıran addımlar atmamasıdır. Müxtəlif yarmarkalar adı altında dövlət vəsaiti hesabına şəxsi biznes qurmaq cəhdləri də o səbəblərdən biridir. Azərbaycanda antiinhisar qanunvericiliyinə zidd olan ticarət şirkətləri qurulur. Özəl sektorun bu sahədə fəaliyyəti varsa, dövlət buna qarşı müvafiq qurumlar yarada bilməz. Bu, birbaşa qanunun tələbidir. Ona görə də, kənd təsərrüfatı siyasəti demək olar ki, iflasa uğrayıb”.
Ekspert mövcud bahalaşmada, o cümlədən, süni qiymət artımında gömrük orqanlarının “misilsiz” rol oynadıqlarını bildirib: “Qiymətlərin optimallaşması üçün dövlətin yaratdığı şirkətlər vasitəsilə bazara müdaxilə aradan qaldırılmalı və məmur sahibkarlığı birdəfəlik ləğv olunmalıdır. Gömrük orqanlarının apardığı siyasət də daxili bazarın yerli mallarla təmin olunmasının məhdudlaşmasına gətirib çıxarır. Sahibkarların aldıqları malların qiyməti dövlət rüsumu və ƏDV ilə hesablanmır. Qiymət artımlarını gömrük orqanları həyata keçirir. Qiymətləri öz ağıllarının məhsulu kimi müəyyənləşdirərək, bununla da guya dövlət büdcəsini artırmağa yönəlmiş süni PR kampaniyaya xidmət edirlər. Bütün bunlar isə nəticədə süni qiymət artımına gətirib çıxarır. Sadalanan səbəblər həm yerli, həm də mövsümi məhsulların bahalaşmasına zəmin yaradır”.
Yenicag.az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var