6 manatlıq şirkət milyonluq tenderləri necə udur?
Hacıqabul Rayon İcra Hakimiyyəti "Muğan-KİTT” MMC ilə maliyyə dəyəri 442 547.64 AZN olan müqavilə imzalayıb.
Yenisabah.az-a istinadən xəbər veririk ki, müqaviləyə görə sözügedən şirkət Hacıqabul şəhərində yolların əsaslı təmirini həyata keçirməlidir.
Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, "Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə), Muğan qəsəbəsində yerləşir. "Muğan-KİTT”in qanuni təmsilçisi isə Əzizli İlham Əliseyran oğludur.
Açıq mənbələrdə İlham Əzizli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu MMC-yə gəlincə, bəlli olur ki, Hacıqabul Rayon İcra Hakimiyyəti yolların təmirində bu şirkətin xidmətlərindən istifadə edir. İcra hakimiyəti 2018-ci ildə də "Muğan-KİTT” MMC ilə 390 104 AZN dəyərində müqavilə bağlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) də sözügedən 6 manatlıq şirkətlə milyonluq müqavilələr imzalayıb. Konkret olaraq 2019-cu ildə AAYDA ilə "Muğan-KİTT” MMC arasında 3.9 milyon dəyərində müqavilə bağlanıb. Bu müqaviləyə görə şirkət Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına yolunun əsaslı təmirini həyata keçirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır