İnanılmaz iddia: “Bank VTB”nin rəhbərləri Rusiya üçün casusluq edirlər - Azərbaycanda da fəaliyyət göstərir
Nizamnamə kapitalına görə Rusiyanın ən böyük bankı olan “Bank VTB”nin Ermənistandakı törəmə bankının ictimaiyyətlə əlaqələr (PR) üzrə meneceri Diana Ağabekyan tutduğu vəzifədən istefa verib.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkə hesabından açıqlama verən Diana Ağabekyan (“Dianita La Reina”) istefa verməsinin səbəbini açıqlayıb.
Diana Ağabekyanın paylaşdığı açıqlamasında bunları qeyd edib:
“Beləliklə, artıq “Bank VTB”nin (Ermənistan) PR meneceri deyiləm, çıxdım.
2018-ci ildə enerjili bir mütəxəssis kimi işləmək və inkişaf etmək arzusu ilə bankda işə girdim. Ancaq çox keçmədən harada olduğumu anlamağa başladım və çox məyus oldum.
İş yerində ola biləcək ən pis şey, işəgötürənin peşəkarlığı qiymətləndirməməsi, işçinin rəyini eşitməməsi, biliyinə etibar etməməsi və yalnız kölə kimi təslim olmağını və fikrinin olmamasını gözləməsidir. Tamamilə mövcud olmayan insana münasibət və ünsiyyət kimi sadə bir konsepsiya haqqında danışmıram: hətta uzaqdan işləmək tələbi də rədd edildi. Dəfələrlə xahiş etdim ki, evdə işləməyimə icazə verin, çünki yoluxmaqdan və bütün ailəmə yoluxdurmaqdan qorxurdum. Cavabları “yox” oldu!
Son zamanlar isə bank rəhbərliyi vəzifəmizə aid olmayan tapşırıqlar verərək, Baş nazirə (Nikol Paşinyan nəzərdə tutulur – red.) ünvanlanan bütün iyrənc şərhləri rus dilinə tərcümə etdirərək Moskvaya göndərirdilər.
Bir sözlə "2019-un ən yaxşı işçisi” işdən çıxdı!
Bəli, işimi itirdim, amma simamı və ləyaqətimi itirmədim”.
Onu da qeyd edək ki, “Bank VTB”nin adı daha əvvəl də casusluq qalmaqalında hallanıb. Belə ki, 2015-ci ildə “Bank VTB”nin əməkdaşı Yevgeni Buryakov Rusiya kəşfiyyatına işləməkdə ittiham olunaraq ABŞ-da həbs olunub. Məhkəmədə günahlarını etiraf edən Buryakova 3 ilə yaxın həbs cəzası kəsilib.
Məlumat üçün bildirək ki, “Bank VTB” səhimlərinin 60,9%-i dövlətə məxsus olan, nizamnamə kapitalına görə Rusiyanın birinci, aktivlərinə görə isə “Sberbank”dan sonra ikinci bankıdır. Mərkəzi ofisi Moskvada yerləşən bankın Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Almaniya, İtaliya, Böyük Britaniya və Kipirdə törəmə bankları fəaliyyət göstərir.
“Bank VTB”nin Azərbaycandakı törəmə şirkətinin rəsmi açılışı 2009-cu il noyabrın 23-də keçirilib. Bankdan verilən məlumatda qeyd olunur ki, Azərbaycandakı törəmə bankın səhimlərinin 99,9999 %-i Rusiyadakı “Bank VTB”yə məxsusdur. Bankın əsas məqsədlərindən biri Azərbaycanda işləyən Rusiya şirkətlərinə dəstək olmaqdır. Həmçinin Rusiya ilə işgüzar əlaqələri olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bankdır.
Bu ilin ilk rübünün nəticələrinə görə “Bank VTB”nin (Azərbaycan) ümumi mənfəəti 1 milyon 398 min 998 manat olub.
“Bank VTB”nin (Azərbaycan) Müşahidə Şurasının sədri Bortnikov Denis Aleksandroviç, İdarə Heyətinin sədri isə Kirin Yevgeni Anatolyeviçdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır