“AXA Mbask” ÇÖKÜŞ ƏRƏFƏSİNDƏ...
“AXA Mbask” Sığorta Şirkəti ASC 2019-cu ili 4,026 milyon manat zərərlə başa vurub. Halbuki maliyyə qurumu 2018-ci ildən 95 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “AXA Mbask”ın gəlirləri 11,347 milyon manat (illik müqayisədə 51,8% az), xərcləri 15,373 milyon manat (34,4% az) təşkil edib.
Bu il yanvarın 1-nə “AXA Mbask”ın aktivləri 18,232 milyon manat olub ki, bu da illik müqayisədə 49,2% azdır. Hesabat dövründə sığorta şirkətinin öhdəlikləri 89,6% azalaraq 1,348 milyon manata, balans kapitalı isə 26,3% azalaraq 16,884 milyon manata düşüb.
Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 23,934 milyon manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır