XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Prezident Mikayıl Cabbarovun səlahiyyətlərini artırdı - FƏRMAN

Prezident Mikayıl Cabbarovun səlahiyyətlərini artırdı - FƏRMAN

Prezident Mikayıl Cabbarovun səlahiyyətlərini artırdı - FƏRMAN
17-03-2020, 19:11

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb.

Bu, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda öz əksini tapıb.

Beləliklə, İqtisadiyyat Nazirliyi müəyyən etdiyi orqan (qurum) faktiki olaraq əhəmiyyətini itirmiş və ya qəbul edilməsinə əsas olmuş hallar aradan qalxmış texniki reqlamentləri müəyyən edərək onların təkmilləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı tədbirlər görür və texniki reqlamentlərdə dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi ilə bağlı məlumatı özünün rəsmi internet saytında dərc edəcək.

Eyni zamanda dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər müvafiq sahədə texniki reqlamentlərin qəbul edilməsi, təkmilləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldıra biləcək.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən texniki reqlament layihələrinə dair ictimai dinləmələr və ictimai müzakirələr keçiriləcək.

Hazırlanmış texniki reqlamentlərin layihəsinin bu Qanunun tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ekspertizası keçiriləcək.

Yerli və xarici təsərrüfat subyektlərinə öz mallarını, onlarla əlaqəli prosesləri və istehsal metodlarını qəbul edilmiş texniki reqlamentlərin tələblərinə uyğunlaşdırmaq imkanının yaradılması məqsədi ilə texniki reqlamentlər qəbul edilərkən qüvvəyə minməsi üçün 6 ay müddət müəyyən edilir. Bu Qanunun 2-ci maddəsində göstərilən tələblərin təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsaslandırılmış müraciəti ilə texniki reqlamentlərin qüvvəyə minməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən daha az müddət müəyyən ediləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.