Banklar niyə bankomata dollar yerləşdirmir? - İTTİHAM
"Koronavirus təhlükəsi hökuməti canlı toxunuşlardan yayınmağa vadar edən rejimə keçməyə yönəldib. Hətta müraciətlərin, təhsilin distant metoduna keçilməsi baş verməkdədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.
Məqalədə daha sonra deyilir: "Bircə valyuta dəyişməsində “dədə-baba metodu”na, yəni nağd ödənişə üstünlük verilməsi ciddi rahatsızlıq doğurur. Belə metodla müştərilərin virusa yoluxma təhlükəsi də artır. Maraqlıdır, banklar nəyə görə, hər müştəriyə müəyyən limit həddində bankomatların araçılığı ilə xarici valyuta dəyişməyə imkan vermirlər?
Onu da vurğulayaq ki, əvvəllər bir çox banklar bankomatlara xarici valyuta da yerləşdirib , müştərinin seçiminə hörmətlə yanaşırdılar. Əksər ölkələrdə banklar öz vətəndaşlarının rahatlığını bu yolla təmin edirlər. Bizdə niyə olmasın? Hər halda, fikirləşməyə dəyər".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır