SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Şamil Heydərov: Sahibkarlığa qayğı siyasəti səmərəli nəticələr verir

Şamil Heydərov: Sahibkarlığa qayğı siyasəti səmərəli nəticələr verir

Tarix:

17-03-2020, 13:11

/ 2 777 dəfə oxundu.
Şamil Heydərov: Sahibkarlığa qayğı siyasəti səmərəli nəticələr verir

Ulu öndər Heydər Əliyevin özünəməxsus uzaqgörənliklə irəli sürdüyü və həyata keçirilməsinin elmi, nəzəri və praktiki yollarını müəyyənləşdirdiyi inkişaf prioritetlərinin Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son illər ərzində dövrün sosial-iqtisadi tələblərindən irəli gələrək keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsi Azərbaycanın tarixində görünməmiş yüksəlişi reallığa çevirib. Artıq dövlət müstəqilliyinin 28-ci ildönümünü arxada qoyan respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz nəticələrini göstərir.
Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır.
Respublikamızın inkişaf prioritetlərindən danışarkən Prezident İlham Əliyevin Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair imzaladığı dövlət proqramları xüsusi vurğulanmalıdır. Bu proqramlar çərçivəsində həyata keçirilən işlər Karqo sahəsinin göstəricilərinə də müsbət təsir etmişdir. Ölkəmizdə Karqo fəaliyyəti inkişaf etməkdədir. Bu sırada özəl sektor, sahibkarlıq fəaliyyətinin inkişafı xüsusi vurğulanmalıdır. Bu həm də onu göstərir ki, ölkə başçısının imzaladığı sərəncamlar yerlərdə lazımi şəkildə yerinə yetirilərək, Karqo fəaliyyəti ilə məşğul olan sahibkarlara müsbət təsir edir.
"Çin Karqo" şirkəti əslində, ümumilikdə respublikamızda Karqo şirkətləri içərisində ən uğurlu nümunə hesab edilə bilər. "Çin Karqo" şirkəti fəaliyyətə 2000-ci ildə başlayıb.
Şirkətin rəhbəri Azərbaycanda tanınmış ziyalı Şamil Heydərovdur. Karqo şirkəti ilə 1500-dən çox sahibkar əməkdaşlıq edir.
“Çin Karqo” Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə qanuna müvafiq olaraq sıx əməkdaşlıq edir. Məlum olduğu kimi Vergilər Nazirliyi 2018-ci ilin iyun ayından 6% vergi ödəmə sisteminə keçib.
“Çin Karqo” daim müştərilərini yüksək keyfiyyət və xidmətlə təmin etməyə çalışan yükdaşıma şirkətidir. Xaricdən verilən sifarişləri ən qısa müddətdə Azərbaycana çatdırmaq, sahibkara yükü təhvil vermək “Çin Karqo”nun öhdəliklərinə daxildir. İş mexanizmi xarici ölkədən verilən sifarişləri ölkəmizin hüdudlarından kənarda olan anbar və ofislərinə qəbul etmək, Azərbaycana gətirmək və Azərbaycandakı anbar və ofislərində qəbul edərək sahibkara çatdırmaqdan ibarətdir. Verilən sifarişləri qəbul etmək üçün Çin Xalq Respublikasının Urumçi, Quandjo və Yivu şəhərlərində nümayəndəlikləri və ofisləri mövcuddur. Şirkət yükün anbara daxil olmasından başlayaraq, son ünvana çatdırılana qədər trayektoriyası barədə müştərini CPRS xidməti vasitəsilə məlumatlandırmağı da öz öhdəsinə götürür. “Çin Karqo” hər gün yenilənir, təkmilləşir və sahibkarlara daha yaxşı xidmət göstərmək üçün can atır.
Şirkətin rəhbəri Şamil Heydərov fəaliyyətlərindən danışarkən Karqo sahəsinin bugünkü səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığa xüsusi qayğısını ən vacib şərt kimi vurğulayır:

Məlumdur ki, bütün sahələrdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü və çevik sosial-iqtisadi islahatlar, zaman etibarı ilə qısa bir müddətə həyata keçirilən qlobal layihələr ölkəmizdə köklü dəyişikliklərə səbəb olmuş, həyatımızın bütün sahələrini əhatə edən quruculuq və abadlıq işləri respublikamızın hər yerində güclü inkişafa şərait yaratmışdır. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə tərtib edilən və onun şəxsi nəzarəti altında həyata keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla yekunlaşmış, və növbəti Dövlət Proqramı isə müvəffəqiyyətlə icra olunur.
Şamil Heydərov bir məqamı daim xüsusilə vurğulayır ki, Prezident İlham Əliyevin sahibkarlığa, özəl sektora qayğısı və diqqəti olmasaydı, "Çin Karqo" şirktəti bugünkü, nailiyyətləri də əldə edə bilməzdi. Ölkə başçısının televiziya ekranlarında hər zaman sahibkarlığa verdiyi dəstək çıxışları bizi çox ruhlandırır, yüksək stimul verir və şəxsən məndə işə həvəs artırır. Bilirik ki, dövlət başçısı hər vaxt bizə dəstək verir və xüsusi diqqət qayğı ilə yanaşır. Ona görə də həvəslə fəaliyyətimizi davam etdirməyə başlayırlq. Biz cənab Prezidentin regionların sosial-iqtisadi inkişafına dair təsdiqlədiyi dövlət proqramlarını yüksək qiymətləndiririk. Bu proqramların həyata keçirilməsi nəticəsində regionlarda iş yerlərinin sayı artdı, insanlarımız öz doğma yurdlarında, el-obasında qalıb çalışmağa üstünlük verməyə başladılar. Fəaliyyətimizin respublikamızın iqtisadi inkişafına gələcəkdə də töhfə verəcəyinə artıq əminəm. Çalışırıq ki, əməkdaşlıq etdiyimiz sahibkarların "Çin Karqo"ya qarşı yaranmış inamını daha da möhkəmləndirək və sahibkarların sayını daha da artıraq.
Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər daim dünya mediasında nümayiş olunur. Şamil Heydərov deyir ki, Prezident İlham Əliyevin sahibkarlıqla bağlı son çıxışları bizi hədsiz sevindirdi, xoşbəxt anlar yaşatdı və fəaliyyətimizə yenidən böyük stimul verdi. Ümumiyyətlə, bu gün Azərbaycanın hər bir regionunun, hər bir şəhərinin inkişaf etməsi bizdə qürur hissi yaradır. Belə bir şərait bizi daha yaxşı işləməyə, quruculuq, abadlıq, yenidənqurma işlərinin fəal iştirakçısı olmağa ruhlandırır. Çalışacağıq ki, Azərbaycanın adını həmişə yüksək tutaq və sahibkarlığın inkişafına biz də öz töhvəmizi verək.
Şamil Heydərovun sözlərinə görə, iş adamlarının bugünkü uğurlarına səbəb olan amillərdən birincisi, 2002-ci il aprel ayının 25-i Heydər Əliyevin yerli iş adamları ilə görüşündə iştirakı, ulu öndərin tövsiyələri ilə atdığı addımlardır: "Bu gün də ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin məsləhət və tövsiyələri ilə işlərimizə düzgün istiqamət veririk. Dövlətimizin və dövlətçiliyimizin güclənməsi üçün, yeni iş yerlərinin açılması və mövcud iş yerlərinin daha da genişləndirilməsi yönündə əlimizdən gələni əsirgəməyəcəyik".
Dövlət müstəqilliyinin bərpasının 28 ilini arxada qoyan Azərbaycan Respublikası bu dövrdə onilliklərə bərabər inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf xəttinin son 15 ildə uğurla davam etdirilməsi Azərbaycanda dinamik sosial-iqtisadi inkişafı təmin edib. Qarşıda isə daha böyük hədəflər durur. Ən ümdə vəzifələrdən, o cümlədən Azərbaycan xalqının ən xoş arzularından biri ölkəmizdə əldə edilmiş uğurların davamlı olmasıdır.
Şamil Heydərov qeyd edir ki, Azərbaycanın hazırkı inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də, son 15 ildə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. İnkişaf hədəflərini əks etdirəcək yeni inkişaf konsepsiyasının icrası nəticəsində Azərbaycanın növbəti faza üçün daha böyük nailiyyətlərə imza atacağı şübhəsizdir. Qarşıya qoyulacaq məqsədlərin reallaşması nəticəsində respublikamız dövlət müstəqilliyinin bərpasının 30-cu ilinə doğru dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək.
Şamil Heydərov əminliklə bildirir ki, "Çin Karqo" şirkəti də Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərin reallaşmasına, Azərbaycanın iqtisadi inkişafı, yeni iş yerlərinin açılması, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsi işinə özünün layiqli töhfələrini verəcək.

Şərhlər

XƏBƏR LENTİ