Nazirin bacanağının şirkəti FHN-nin 459 min manatlıq tenderinin qalibi oldu – FOTO
Fövqəladə Hallar Nazirlyinin sifarişçi olduğu 459 min manatlıq tenderin qalibi nazir Kəmaləddin Heydərovun bacanağı Hikmət İsmayılova məxsus olan şirkətdir.
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb: “Fövqəladə Hallar Nazirlyi nazirliyin aparatının və strukturuna daxil olan qurumların ehtiyaclarını təmin etmək üçün poliqrafiya məhsullarının satın alınması üzrə 459 379.19 manatlıq tenderin “qalibi”ni bu gün elan edib.
Qalib şirkət elə Kəmaləddin Heydərovun öz şirkəti – CBS-PP MMC-dir. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumat bazasında bu şirkətin 1998-ci ildən fəaliyyət göstərdiyi, qanuni təmsilçisinin isə Kəmaləddin Heydərovun bacanağı – HİKMƏT İSMAYILOV ƏBUZƏR OĞLU olduğu qeyd edilib.
Şirkət 2010-cu ildən indiyədək (sonuncu tender istisna olmaqla) əksəriyyəti FHN, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyindən olmaqla ümumi həcmi 1 milyon manat civarında, 30-dan artıq dövlət satınalması üzrə qalib elan olunub”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır