Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR: Azərbaycanda pensiya ala biləcəksiz
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə” layihəsinin hazırlanması işləri davam edir. Məqsəd Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azəbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, layihənin hazırlanması ilə əlaqədar Moskva şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında ikinci ekspert görüşü keçirilib.
Görüşdə sözügedən sənədin əhatə dairəsi, tərəflərin ərazisində çalışan vətəndaşlara münasibətdə tətbiq olunacaq sosial sığorta rejimi müzakirə olunub. Eyni zamanda, bu əsasda həmin vətəndaşların pensiya məbləğinin ilkin və təkrar hesablanması, ödənilməsi, çatdırılması qaydaları və mexanizmləri, bununla bağlı bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var