Sosial müavinətlər artırıldı - SİYAHI
Prezident "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən,"Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:
1.1. 1.1.1-ci yarımbənddə "73” rəqəmləri "130” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.5. 1.1.5-ci yarımbənddə "82” rəqəmləri "150” rəqəmləri ilə əvəz edilsin;
1.6. 1.1.6-cı yarımbənddə "68” rəqəmləri "80” rəqəmləri ilə əvəz edilsin;
1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;
1.8. 1.1.8-ci yarımbənddə "68” rəqəmləri "100” rəqəmləri ilə əvəz edilsin;
1.9. 1.1.9-cu yarımbənddə "61” rəqəmləri "100” rəqəmləri ilə əvəz edilsin;
1.10. 1.1.11.2-ci yarımbənddə "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri "müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.11. 1.2.2-ci yarımbənddə "109” rəqəmləri "200” rəqəmləri ilə əvəz edilsin;
1.12. 1.2.3-cü yarımbənddə "146” rəqəmləri "300” rəqəmləri ilə əvəz edilsin.
3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var