İki qurumun bir qanun layihəsi davası - Razılığa gələ bilmirlər
“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərə tutan qanun layihəsi ətrafında müəmmalar davam edir.
Oxu.Az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi palamentin hələ martın 29-da keçirilən iclasının gündəliyinə salınsa da, son anda gündəlikdən geri çəkilmişdi.
Səbəb kimi də bank faizlərinin yuxarı həddinin müəyyənləşdirilməsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətinə verilməsinin Mərkəzi Bank tərəfindən narazılıqla qarşılanması göstərilmişdi.
Belə ki, Mərkəzi Bank bu səlahiyyətin onlara aid olduğunu bildirərək, belə bir dəyişikliyə etirazını bildirmiş və nəticədə də dəyişiklik layihəsi 29 mart iclasının gündəliyindən çıxarılmışdı.
Bununla belə, dəyişiklik layihəsi yenidən, yəni, parlamentin aprelin 9-da keçiriləcək iclasının gündəliyinə salınmış və bu, ciddi suallar yaratmışdı.
MM-dən əldə etdiyimiz son məlumata görə, qalmaqallı qanun layihəsi dünən yenidən 9 aprel iclasının gündəliyindən çıxarılıb.
“Görünür, səbəb yenə iki qurum - Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası arasında bu məsələ ilə bağlı heç cür anlaşmanın, razılaşmasının əldə edilə bilməməsi olub”, - deyə MM-dən bildirilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var