“Standard Insurance” Sığorta Şirkəti ötən ili zərərlə başa vurub
“Standard Insurance” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 17,321 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13% çoxdur.
2018-ci ildə “Standard Insurance”ın cəmi öhdəlikləri 33,5% artaraq 12,074 mln. manata çatıb, cəmi kapitalı isə 16,5% azalaraq 5,247 mln. manata düşüb.
Ötən il “Standard Insurance”ın gəlirləri 13,027 mln. manat (əvvəlki ilə nisbətən 21,9% az), xərcləri 14,051 mln. manat (11,2% az) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 1,024 mln. manat zərərlə başa vurub. Halbuki maliyyə qurumu 2017-ci ildən 864 min manat mənfəətlə çıxmışdı.
Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "AB Standard" QSC-yə məxsusdur.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var