"AccessBank"-a yeni icraçı direktor təyin olunub
"AccessBank"-ın rəhbərliyində yeni təyinat baş verib.
Anews.az xəbər verir ki, Günay Cəlilova bankın icraçı direktoru təyin olunub. Həmin vəzifədə xanım bankir Korporativ bankçılıq və Marketinq departamentlərini, o cümlədən Müştərilərlə Əlaqə Mərkəzini kurasiya edəcək.
Qeyd edək ki, bu təyinatadək Günay Cəlilova Marketinq/Korporativ bankçılıq departamentinin direktoru olub.
Günay Cəlilova 2006-ci ildən etibarən "AccessBank"-ın komandasına qoşulub. 2008-2016-cı illər ərzində "Səbail" filialının, 2016-cı ildən 2019-cu ilin aprel ayınadək isə Korporativ bankçılıq/Marketinq departamentinin direktoru kimi fəaliyyət göstərib.
Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakültəsini bitirən G.Cəlilova ardınca eyni ali təhsil ocağında "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa, icraçı direktor İngiltərənin "Warwick" biznes məktəbini "Executive MBA" istiqaməti üzrə bitirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var