Nazir: Ödənilən hər bir qəpik 3-4 dəfə artımla geri qayıdır
Xidməti müqavilə ilə işləyənlərin də vergi və sosial sığorta haqlarının əmək müqaviləsində olduğu kimi ödənilməsi təklif olunur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, özəl sektorda çalışanların əksəriyyəti gəlir vergisi və sosial sığorta ödənişlərindən yayınmaq üçün xidməti və ya mülki-hüquqi müqavilədən istifadə edirdilər:
“Biz xidməti müqavilələrin fəaliyyət dairəsini azaltmalıyıq ki, onlar əmək müqavilələri əsasında işləməkdə maraqlı olsunlar. Təklif edirik ki, xidməti müqavilə ilə işləyənlər də vergi və sosial ödənişləri əmək müqaviləsində olduğu kimi ödəsinlər”.
Nazir qeyd edib ki, bununla bağlı həm Əmək Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunub. Bu yenilik xidməti müqavilə ilə çalışanların gələcək sosial müdafiəsini təşkil etmək üçün nəzərdə tutulur:
“İnsanlar başa düşməlidirlər ki, sosial ödənişlərdən kəsilən hər qəpik sonda onların pensiyasına mənfi təsir edir. Ödənilən hər bir qəpik isə pensiyaya çıxandan sonra 3-4 dəfə artımla hər kəsin özünə qayıdır”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var