“Amrahbank” və “Bank of Baku” BAĞLANIR - İDDİA, CAVAB
Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir. Maliyyə bazarlarındakı mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı qərarını açıqlayacaq. Mənbə qeyd edir ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib. Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir. Bankların maliyyə resursları tükəndiyindən əmanətlərin geri qaytarılmasında problemlər yaşanır.
Dünənki yazımızda bankların adını çəkməsək də, vətəndaşlardan gələn istək üzərinə həmin bankların adlarını onların rəsmi mövqeyini işıqlandırmaqla açıqlayırıq. Maliyyə bazarındakı mənbə bildirir ki, sözügedən banklar “Amrahbank” və “Bank of Baku”dur.
“Amrahbank”ın PR meneceri Elmira Vəliyeva Modern.az-a açıqlamasında bankda işlərin davam etdiyini bildirib:
“Siz bizə zəng edibsiniz və gördüyünüz kimi işimizin başındayıq. Yayılan məlumatlar qeyri-rəsmidir. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bizə rəsmi xəbərdarlıq olunması ilə bağlı məktub yayılıb. Biz elə bir məktub almamışıq. Kim “Amrahbank”a ünvanlanmış rəsmi xəbərdarlığı görüb? Yoxdur belə bir şey. Camaat özündən siyahı uydurub, bizim də adımızı ora salıb. Görürsünüz iş gedir, biz işdəyik”.
E.Vəliyeva vətəndaşların öz depozitlərini geri çəkməkdə problem yaşaması ilə bağlı iddiaları da qəbul etməyib:
“İstəyirsiniz, gəlin özünüz müşahidə edin. Müştərilərimizlə bizim aramızda heç bir problem yoxdur”.
Bağlanmaq təhlükəsi yaşandığı iddia olunan “Bank of Baku”nun PR meneceri Gülşən Cumayeva da Modern.az-a öz növbəsində məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Əgər belə bir hal yaşansaydı, rəsmi qurum açıqlama verərdi”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var