Yeni struktur dəyişiklikləri nəyə xidmət edir?
Məntiqi ardıcıllığa görə, struktur dəyişiklikləri əgər dövlət idarəetmə sistemində və qərar qəbuletmə mexanizmində islahatlara xidmət edirsə Nazirlər Kabineti üzvlərinin təsdiqindən əvvəl, əgər dövlət maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və dövlət xərclərinin rasionallaşdırılması məqsədi güdürsə, onda yeni büdcə ili başlamamışdan aparılır.
Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı isə yeni büdcə ilində və prezident seçkilərindən sonra 17 yanvar 2019-cu il imzalanıb. Hətta bu fərman nəticəsində ləğv edilən dövlət qurumlarına 2019-cu ilin büdcəsində maliyyələşmədə nəzərdə tutulub. Düzdür, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də aşağı neft qiymətləri dövründə institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri–neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti qeyd olunub. Lakin, bu daha aşağı neft qiymətləri dövrünə hədəflənmişdi. Sonradan neft qiymətlərinin bahalaşması bu sahədə dəyişikliklərin zərurət yaratmadı. Beləliklə də xüsusilə də 2016-cı ildən başlayaraq, ümumi dövlət xidmətləri daha çox dövlətin daxili və xarici borclarının ödənilməsi ilə bağlı xərclərin artımı hesabına şişdi və bu il üçün 3886,8 milyon manat və ya dövlət büdcəsinin 15,4 faizi qədər proqnozlaşdırıldı.
Hazırda struktur islahatları adı ilə həyata keçirilən dəyişikliklər əsasən iki zərurətdən irəli gələ bilər. Birincisi, Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətlərində gözlənilən ucuzlaşmaya görə büdcə xərclərinin ixtisari, ikincisi isə hakimiyyət daxili qüvvələr arasında balansın yaradıllması.
İstənilən halda belə dəyişikliklər qərar qəbul etmə mexanizminin təkmilləşdirilməsi, idarəetmə orqanlarının hesabatlılığının və şəffaflığının artırılması, bu prosesdə ictimai iştirakçılığın təmini ilə müşahidə olunmazsa ondan ciddi səmərə gözləməyə dəyməz. Eyni zamanda bu dəyişikliklərin effektivliyi dövlət idarəetməsində əmək haqlarının artırılması, korrupsiya ilə mübarizə və kadrların yenilənməsindən də asılıdır. Çox istərdim ki, struktur dəyişiklikləri texniki xarakter daşımasın, məhkəmə-hüquq və qanunun aliliyinin təminatı sahəsində institusional islahatlarla davam etdirilsin.
İqtisadçı-alim Qubad İbadoğlu
dia.az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var