XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Dollar kreditlərinin taleyi necə olacaq? - Elman Rüstəmov danışdı

Dollar kreditlərinin taleyi necə olacaq? - Elman Rüstəmov danışdı

Dollar kreditlərinin taleyi necə olacaq? - Elman Rüstəmov danışdı
9-04-2018, 15:55

Mərkəzi Bank uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı və aşağı həddinin müsbət və mənfi 3 faizə endirilməsi barədə qərar qəbul edib.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfrasında deyib.

O, qeyd edib ki, bu qərar ölkədə makroiqtisadi sabitliyin artırılmasına yönəlib:

"Ötən il inflyasiya birrəqəmli olub. Bu ərzaq məhsullarında 4,5 faiz qeyri- ərzaq məhsulları üzərində 4,3 faiz üzərində olub. Ticarət balansı xidmət balansında 2,2 milyard artıb. Birinci rübdə manatla pul bazası isə 11 faiz artıb".

MB sədri manatın məzənnəsindən də danışıb. O qeyd edib ki, ölkədə valyuta auksionlarının əksəriyyətində təklif tələbi üstələyib: "Biz buna görə də Azərbaycan valyutasının ucuzlaşmasında heç bir səbəb görmürük . Həm də nəzərə alaq ki ötən ilə nisbətən bu dövrdə neftin qiyməti 25 faiz yüksək olub".

E. Rüstəmov həmçinin qeyd edib ki, son 3 ayda milli valyutanın real effektiv məzənnəsi ucuzlaşıb: " Valyuta bazarında kifayət qədər qorxulu heç nə görmürük. Bankları stimullaşdırmaq istəyirik ki, onlar bunu kreditləşdirməyə yönəltsinlər. Pul var, likvidlik səviyyəsi artır. AMB birinci rübdə 11 faiz pul bazasımı artırıb. Devalvasiyadan sonra bu artım 65 faiz deməkdir. Biz məzənnənim çevikliyini artırmaq istəyirik".

E. Rüstəmov əhalinin dollarla olan kreditlərindən də danışıb. O qeyd edib ki, köhnə kreditlər məsələsi hökumətin diqqətindədir: "Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.