Mərkəzi Bankda vacib iclas olacaq: qərar açıqlanacaq
2018-ci ilin iyun ayının 14-də Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərini müzakirə edəcəkdir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən isə uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3% müəyyənləşdirilmişdi.
"Marja" xəbər verir ki, İyunun 14-də keçiriləcək iclasda da Mərkəzi Bank faiz endirə bilər. Çünki inflyasiya birrəqəmli səviyyədədir, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir.
Faizin artırılmasına, xarici faktorlardan neftin qiymətinin dəyişməsi səbəb ola bilər. İyunun 22-də OPEC toplantısında veriləcək qərarın neft qiymətləri üçün həlledici olacağı bildirilir. Hasilatın artırılmasına qərar verilməsi qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...