Manatla bağlı qərar - 2 faiz azaldı
Ötən gün Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib.Daxil olan məlumata görə, iclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.
İdarə Heyətində qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunmuş, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir.
Üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.
Pul kütləsinin hədəflənməsi şəraitində Mərkəzi Bank ötən dövrdə çevik monetar siyasət həyata keçirib. Qəbul edilmiş pul proqramı çərçivəsində üzən məzənnə rejiminə keçidlə əlaqədar gözləntiləri nəzərə almaqla ilin əvvəlində Mərkəzi Bank pul bazasını məhdudlaşdırmış, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmini bərpa edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək