SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanın iki bankını bu şirkət müflis etdi

Azərbaycanın iki bankını bu şirkət müflis etdi

Tarix:

30-01-2018, 12:53

/ 1 685 dəfə oxundu.
Azərbaycanın iki bankını bu şirkət müflis etdi

ABŞ-da KPMG-nin dələduzluq və digər cinayətlərə görə 6 rəhbər şəxsi həbs olunub. Onlar nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alaraq, qeyri-peşəkar fəaliyyətlərini bu cür ört-basdır ediblər.

Bu sözləri bank eksperti Əkrəm Həsənov qeyd edib. O bildirib ki, şirkət Azərbaycanda da iki bankın müflisləşməsinə səbəb olub:

“Azərbaycanda da KPMG-nin qeyri-peşəkarlığı “Bank Standard” və “Texnikabank”ın müflisləşməsinə səbəb olub. Üstəlik, ölkəmizdə nümayəndəliyi vasitəsilə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Həm də işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən ermənilərin “Artsakhbank”ının auditorudur.

KPMG-nin reputasiyası bütün dünyada darmadağın olur. Xəbərdarlıq edirəm: KPMG ilə, o cümlədən onun yoxladığı şirkətlərlə ehtiyatlı olun”.

Şərhlər

XƏBƏR LENTİ