“Bank Standard”ın əmanətçilərindən SON ÇARƏ - bir sıra dövlət qurumlarını və vəzifəli şəxslər məhkəməyə verildi
Ləğv prosesində olan “Bank Standard” QSC-nin əmanətçiləri Azərbaycan Mərkəzi Bankını (AMB), onun sədri Elman Rüstəmovu, Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP), onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də bankın auditini həyata keçirmiş “KPMG” audit şirkətini məhkəməyə verib.
Bu barədə bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, 82 əmanətçi “Bank Standard”ın müflisləşməsində təqsirli hesab etdiyi dövlət qurumların və şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb.
“Təqsirkarlardan vurulan zərərin əvəzi - 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxminən 81 mln. manat təşkil edir. Xatırladıram ki, ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.
İddiada əsas sübut (təbii, digər sübutlar da var) kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var (yəni zərər 1 mlrd. manatdan çoxdur!), buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq”, - vəkil qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...