SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Kredit bazarında yeni mənzərə... - Nə baş verir?

Kredit bazarında yeni mənzərə... - Nə baş verir?

Tarix:

8-12-2017, 09:22

/ 1 226 dəfə oxundu.
Kredit bazarında yeni mənzərə... - Nə baş verir?

Böhran dövründə bankların kredit siyasətinə məhdudiyyətlər tətbiq etməsi vətəndaşları alternativ yollar axtarmağa məcbur etdi.Belə ki, bu dövr ərzində vətəndaşlar lombardlara üz tutmağa başladı.Lombardların bazarının genişlənməsi də məhz bununla əlaqələndirilir.Ümumiyyətlə, lombarda kreditləri (girov müqabilində verilən kredit) banklar və digər kredit təşkilatları üçün daha təhlükəsiz hesab olunur.Buna görə də artıq banklar, Bank Olmayan Kredit Təşkilatları (BOKT) da məhz bu kredit növünün verilməsində maraqlıdırlar. Bu da lombardların, yoxsa BOKT-larının daha etibarlı olması məsələsini gündəmə gətirir. Təbii ki, şərtlərdə və tətbiq olunan faiz dərəcəsində ciddi fərq var.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində bir sıra maraqlı məqamlara toxunub. F.İbrahimov hesab edir ki, lombard kreditlərinin geniş yayılması iqtisadi böhranın olduğundan xəbər verir:

“Birincisi lombard fəaliyyətinin kökü dərindən təhlil olunsa, bəlkə də ibtidai dövrə qədər gedib çıxar. Məsələ ondadır ki, lombard kredit növü daha sığortalıdır. Kredit verən təşkilat (lombard və ya bank nəzərdə tutulur) üçün bu kredit növü daha sığortalıdır. Nəticədə təşkilat verdiyi kreditin müqabilində ən az 2 dəfə ondan artıq dəyərə sahib qızıl və ya digər qiymətli girov əldə edir. Əlbəttə ki, bu sistem daha sığortalı hesab olunur. Ancaq bu iqtisadi baxımdan müasir dövrdə arzuolunmaz haldır. Çünki müasir dövrün tələblərinə uyğun bank sistemi var. İqtisadi nəzəriyyədə də, tarixdə də var ki, dövlət hər hansı bir iqtisadi böhranla üzləşəndə mütləq şəkildə bank kredit sistemi çökür və onu lombard krediti əvəz edir. Bu qaydadır. Məsələn, bir şəxs böhran dövründən əvvəl müsbət kredit tarixçəsinə malikdir. Ancaq böhran dövründən sonra gəlirləri aşağı düşürsə və ödənişləri gecikirsə, bu onun kredit tarixçəsində göstərilmir. Növbəti dəfə kredit götürməklə öz tarixçəsini ləkələyə bilər. Hal-hazırda da belə vəziyyət yaranıb. İllər boyu kredit qabiliyyəti yaxşı olan insanlar, indi ödəniş edə bilmirlər. Bu nöqteyi nəzərdən də artıq həmin kredit tarixçəsi aşağı səviyyəyə düşür. Belə olduğu halda çox təəssüflər olsun ki, lombard kredit sistemi öz yerini bərkidir”.

Lombardların və ya BOKT-ların daha etibarlı olması məsələsinə toxunan ekspert əlvə edib ki, burada söhbət birtərəfli etibardan gedə bilər:

“Vətəndaş ancaq lombardın və ya BOKT-ların etibarlı olub-olmamasında ona görə maraqlıdır ki, onun verdiyi qızılı müqavilə dövrü ərzində qorunub saxlanılsın. Belə olan halda isə nə lombard, nə də ki, bank bu müqaviləni birtərəfli qaydada poza bilməz. Əks halda, cinayət işi qaldırıla və maliyyə təşkilatı hüquq müstəvisində məsuliyyətə cəlb oluna bilər. Buna görə maliyyə təşkilatları bu müqavilələri pozmaqda maraqlı deyillər. Burada əsasən vətəndaşın etibarından söhbət gedir. Maliyyə qurumu maraqlıdır ki, vətəndaşın gətirdiyi qızılın, əmlakın və ya digər dəyərli girovun mənbəyi təmiz olsun. Çünki lombardlar və ya banklar da bu məsələdə müəyyən qədər məsuliyyət daşıyırlar. Etibar məsələsinə ancaq bu prizmadan yanaşmaq olar. Düşünürəm ki, vətəndaşın banka və ya lombarda etibar etməsi məsələsi ümumiyyətlə, aktual deyil”.

F.İbrahimov qeyd edib ki, lombardlar daha sadə ticarət üsulu ilə iş görürlər:

“Banklar isə çox mürəkkəb sistemlə işləyirlər, faizin üzərinə faiz gəlirlər. Gecikmələrə görə əlavə faiz alırlar. Yəni, daha çox insan münasibətlərindən kənarlaşma prinsiplərini üstün tuturlar. Lombardların konkret təlimatı və ya daxili əsasnaməsi olmadığı üçün insan münasibətlərini üstünə tutub vətəndaşlarla sadə sövdələşmələrə gedirlər. Danışıqlarda elastikliyi qoruyurlar. Bu baxımdan şübhəsiz ki, lombardlarla danışıqlara getmək daha rahatdır, nəinki banklarla”.

Şərhlər

XƏBƏR LENTİ