"Kredit Servis" BOKT çöküş yolunda... - xalis mənfəəti 42% azalıb
"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 94 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 41,6% azdır.
Ötən il "Kredit Servis"in vergiyəqədərki mənfəəti 118 min manat (əvvəlki ilə nisbətən 40,4% az), mənfəət vergisi ödəmələri isə 24 min manat (36,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Kredit Servis"in aktivləri 1,556 milyon manat olub ki, bu da illik müqayisədə 7,9% azdır. Bunun 1,337 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 3,3% kiçilib.
Hesabat dövründə "Kredit Servis"in öhdəlikləri 7,3% artaraq 161 min manata çatıb, balans kapitalı isə 9,7% azalaraq 1,395 milyon manata, o cümlədən nizamnamə kapitalı 5,8% azalaraq 1,283 milyon manata düşüb.
Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır