XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » AGBank bağlanır... ABŞ Mahmudovla Əsədullayevi faş edib - Rəqəmlər

AGBank bağlanır... ABŞ Mahmudovla Əsədullayevi faş edib - Rəqəmlər

AGBank bağlanır... ABŞ Mahmudovla Əsədullayevi faş edib - Rəqəmlər
16-10-2017, 09:59

Sabiq MTN rəhbəri Eldar Mahmudova yaxın bankın lisenziyası ləğv olunmaq ərəfəsindədir
Bu haqda mötəbər qaynaqdan sızan xəbərə görə, AGBank bağlana bilər.
İki devalvasiyadan sonra çökən bank sektorunda 13-dən çox bank bağlanıb, bəziləri birləşdirilib.
E.Mahmudova yaxınlığı ilə seçilən sözügedən bankın da onun istefaya göndərilməsindən sonra zərərlə fəaliyyət göstərməsi lisenziyasının ləğvini şərtləndirir.
AGBank 2017-ci ilin 3-cü rübünün sonuna dair maliyyə hesabatlarını açıqlayıb. Hesabatlara görə, bankın zərəri artan tendensiyada davam edir.
Sentyabr ayının sonuna (3-cü rübün sonu) AGBankın zərəri artıq 1.7 mln. manata çatıb. Bu göstərici 2-ci rübün sonunda 1.5 mln. manat təşkil edirdi.
Əlavə olaraq, bankın aktivləridə ilin əvvəlindən 10 mln. manat azalaraq 510 mln. manata düşüb. Hazırda bankın öhdəliklərinin həcmi 458 mln.manat təşkil edir.
Mahmudov Azərbaycanda cinayət yolu ilə əldə etdiyi pulların böyük qismini bu bank vasitəsilə xaricə çıxarıb.
Bankın rəhbəri keçmiş deputat, Mahmudovla qohumluğu olan, MTN şefinin vəzifədən çıxarılmasından sonra mandatı ləğv edilən Çingiz Əsədullayevdir.
Qeyd edək ki, dövlətin milyardlarla manat vəsaitini talan edilməsi səbəbi ilə onlarla iş adamı Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsində izahat alınıb və bəzi iş adamları haqqında həbs qəti imkan tədbiri seçilmişdi.
Həmin vaxt “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi.
Keçmiş deputat Çingiz Əsədullayevin bankı bir neçə ay öncə “çirkli pullar”ın “yuyulmasında” ittiham olunurdu.
Bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy çıxış etmişdi.
Oxşar iddia barədə ötən ilin iyununda “KrebsOnSecurity” Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb.
Bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsi ilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb.
Yada salırıq ki, nədənsə həmin vaxt bank rəhbərliyi bununla bağlı heç bir açıqlama verməyib. Prezident İlham Əliyev də bankların ölkə iqtisadiyyatına ağır zərbə vurduğunu bəyan edərək bu sahənin şəffaflaşdırılmasının vacibliyini qeyd etmişdi.
“AG Bank” (“Azəriqazbank”) 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biri kimi tanınır. Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu.
Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir…
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov açıqlamasında "AGBank" ASC və "DəmirBank" ASC arasında konsolidasiya ilə bağlı ilkin razılıq protokolunun imzalandığını demişdi. Baş bankirin sözlərindən də belə nəticə hasil olunurdu ki, bu iki bank birləşdirilsin.
Amma...amma maraq doğuran məqam budur ki, “AGBank” zərərlə işləyir və bağlana bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.