"Express Bank" müştərilərini itirir - HESABAT
"Express Bank" 2019-cu ilin 1-ci rübünə olan hesabatını açıqlayıb.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 72 mln. 766 min manat azalaraq 322 mln. 438 min manata düşüb. Bundan başqa bankın cəmi öhdəlikləri də 74 mln. 330 min manat azalaraq 201 mln. 526 min manata bərabər olub. Bankın cəmi kapitalı 24 mln. 240 min manat azalaraq 120 mln. 912 min manat olub.
DEPOZİT PORTFELİ "ƏRİYİB"
"Express Bank"da depozitlərin əriməsi Bankın cəmi öhdəliklərinin azalmasının əsas səbəbidir. Belə ki, bankda müştərilərin depozitləri 77 mln. 737 min manat azalaraq 155 mln. 410 min manata düşüb. Buna baxmayaraq "Express Bank" da müştərilərə verilən kreditlər 3 ay ərzində 18 mln. 642 min manat artaraq 240 mln. 830 min manata çatıb.
Bankın əməliyyat mənfəəti 1 mln. 483 min manat təşkil edib ki, bu da ilin sonu ilə müqayisədə 3 mln. 45 min manat azdır. Bundan başqa 2018-ci ili 23 mln. 755 min zərərlə bağlayab bank 2019-ci ilin 1-ci rübündə 1 mln. 336 min xalis mənfəət açıqlayıb.
Bankın məcmu kapitalı 1 mln. 739 min manat artaraq 146 mln. 568 min manata çatıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var