"Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
"Bank VTB Azərbaycan” 2020 ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.
Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin sonu ilə müqayisədə 29 mln. 982 min manat və ya 19% artaraq 187 mln. 341 min manata çatıb. Bunun əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 24 mln. 28 min manat artaraq 86 mln. 75 min manata çatmasıdır.
"Bank Vtb”-də müştərilərin depozitləri 16 mln. 341 min manat artaraq 75 mln. 305 min manata çatıb. Buna görə də bankın cəmi öhdəlikləri 26 mln. 350 min manat artaraq 123 mln. 417 min manata çatıb.
Bankın cəmi kapitalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 mln. 632 min manat artaraq 63 mln. 924 min manat olub.
Bankın faiz gəliri 10 mln. 395 min manat, faiz xərcləri isə 3 mln. 232 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 6 mln. 331 min manat təşkil edib.
"Bank VTB”-nin qeyri-faiz gəliri 3 mln. 774 min manat, qeyri-faiz xərcləri isə 18 mln. 831 min manat olub. Buna görə də bank 2020-ci ili 8 mln. 726 min manat əməliyyat zərərilə başa vurub.
Qeyd edək ki, sözügedən bank 2019-cu ili də 10 mln. 129 min manatlıq əməliyyat zərərilə başa vurmuşdu.
Bundan başqa bankın xalis mənfəəti də 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 895 min manat azalaraq 3 mln. 860 min manata düşüb.
"Bank VTB Azərbaycan” 2020-ci ili 61 mln. 595 min manatlıq məcmu kapitalla başa vurub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır