Eldar Mahmudova yaxın bank çöküş ərəfəsində... - Rəqəmlər...
"AGBank" ASC bu ilin I rübünü 1 milyon manat zərərlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 90% və yaxud 2 dəfəyə yaxın çoxdur.
Yanvar-mart aylarında "AGBank"ın gəlirləri 8,5 milyon manat (illik müqayisədə 28,5% az), xərcləri 10,2 milyon manat (20,8% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 616 min manat (40,6% çox) təşkil edib.
Bu il aprelin 1-nə "AGBank"ın aktivləri 459 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3% azdır. Bunun 210,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,7% böyüyüb.
Hesabat dövründə "AGBank"ın öhdəlikləri 7,6% azalaraq 410 milyon manata, o cümlədən depozit portfeli 5,3% azalaraq 209,4 milyon manata, balans kapitalı isə 4,8% azalaraq 49 milyon manata düşüb.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 103,8 milyon manatdır. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır