Leyla Əliyeva “ƏSA” Teatrının premyerasında - FOTO
Dekabrın 19-da Opera və Balet Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” Teatrının “Adamlar və siçanlar” tamaşası təqdim olunub. Pulitzer və Nobel mükafatı laureatı, amerikalı məşhur yazıçı Con Steynbekin əsəri əsasında səhnələşdirilən tamaşanında dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri də iştirak ediblər.
xalqxeber.az-ın xəbərinə görə, tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə bildirib ki, səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.
Tamaşanın nümayişindən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar “ƏSA” Teatrının aktyorları ilə görüşüblər. Gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlananan Leyla Əliyeva onlarla birlikdə xatirə şəkli çəkdirib və gələcək işlərində uğurlar arzulayıb.



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır