Leyla Əliyeva “ƏSA” Teatrının premyerasında - FOTO

xalqxeber.az-ın xəbərinə görə, tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə bildirib ki, səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.
Tamaşanın nümayişindən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar “ƏSA” Teatrının aktyorları ilə görüşüblər. Gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlananan Leyla Əliyeva onlarla birlikdə xatirə şəkli çəkdirib və gələcək işlərində uğurlar arzulayıb.


