Leyla Əliyeva Tbilisidə keçirilən "Canlı həyat" sərgisinin açılışında - FOTO
Tbilisidə IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Canlı həyat" (Live Life) sərgisinin açılışı olub.
Sərgi Zurab Sereteli adına Müasir İncəsənət Qalereyasında baş tutub. Sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva, Tbilisi meri Kaxa Kaladze və onun modelyer həyat yoldaşı Anuki Areşidze, Gürcüstan dövlət və hökumət nümayəndələri, parlament deputatları, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Sərgini keçirməkdə məqsəd ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirməkdir.
Tədbiri Gürcüstan mədəniyyət naziri Mixail Giorqadze açıb. Sonra Leyla Əliyeva çıxış edib və sərginin keçirilməsi məqsədindən danışıb.
Sərgi IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılıb. Sərgidə L.Əliyevanın 11 rəsm əsəri nümayiş olunub. “Canlı həyat” (Live Life) adlı sərgi layihəsi London, Paris, Berlin və Moskvada da nümayiş etdirilib.
Sərgidə azərbaycanlı rəssamlardan Məryəm Ələkbərli, Aysel Heydərova, Timur Özdəmirov, Rəhim Çopurov, Fidan Novruzova, Nailə Sultanın və gürcü rəssamlardan David Mçedlişvili, Oleq Timçenko, Giqa Kobidze və David Aleksidzenin rəsm əsərləri də nümayiş olunub. Layihənin kuratoru Herve Mikaelofdur.
Sərgi dekabrın 31-dək davam edəcək.







Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır