Xəstəlikdən əziyyət çəkən Xalq artisti: Halallığımı verdim
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.
Bu barədə yenicag.az-a açıqlama verən xanəndə qocalıqdan şikayətlənib: “Səhhətimdən şikayətlənmirəm. Yaşlı adamam, elə xəstəliyim də yaşla əlaqədardır”.
Vaxtilə mahnılar bəstələyən illərin sənətkarı yaradıcılığına nöqtə qoyduğunu deyib: “Vaxtilə saysız-hesabsız mahnılar bəstələmişəm. Bir çox tanınmış müğənnilər onları oxuyub. Heç birinə də qadağa qoymamışam. Mən onların ifasından narazı deyiləm, qoy oxusunlar. Niyə etiraz edim axı? Mahnı yaşamalıdır. Hərəsi mahnılarıma bir cür nəfəs verib. Heç vaxt mahnılarımı pulla satmamışam. Hamısına halallığımı vermişəm. Hərdən soruşurlar ki, niyə yeni bəstələr yoxdur? Deyirəm ki, daha qocalmışam, 90 yaşım var, yaratdıqlarım kifayətdir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır