XalqXəbər.Az

Lerikdə bələdiyyə sədri meşə zolağına od vurdu – FOTOLAR

Lerikdə bələdiyyə sədri meşə zolağına od vurdu – FOTOLAR
28-03-2017, 14:47

Lerik rayonunda kənd bələdiyyəsinin sədri meşə zolağına od vurub. Daxil görə, Lerik rayonundakı meşə zolağının kütləvi şəkildə məhv edilməsi prosessi durmadan davam etdirilir. Ən acınacaqlı hal budur ki, rayon icra başçısı Rövşən Bağırov da buna göz yumur.
Belə ki, indi rayon rəhbərliyi ilə bələdiyyə sədrinin əsas hədəfi rayonun Şivlə kəndi ilə Sorus kəndi arasındakı meşə zolağıdır. Amma kənd sakinləri meşənin dağıdılmasının qarşısını almağa çalışırlar.
Məlumata görə, Sorus kəndi ilə Şivlə kəndi arasındakı meşə zolağı kənd bələdiyyə sədrinin iştirakı ilə tamamilə məhv edilib. Daha doğrusu, bələdiyyə sədri bu meşə zolağının qırdıraraq kənd sakinlərinə pulla satdırıb.
İndi növbə Şivlə kəndi ərazisindəki meşə zolağına çatıb. Meşənin qənimi sayılan Sorus kəndinin bələdiyyə sədri Rahim Məmmədov hesab edir ki, Şivlə kəndinə düşən meşə zolağı onun ərazisizinə məxsusdur və buradakı ağacları kəsdirib sata bilər. Buna isə kənd sakinləri imkan vermir.
Məlumata görə, ötən gün Sorus kəndinin bələdiyyə sədri Rahim Məmmədov bir qrup kənd sakinini başına yığaraq sözügedən əraziyə gəlib. Şivlə kənd sakinləri ilə üz-üzə dayanan bələdiyyə sədri meşənin yandırılmasına göstəriş verib. Meşə zolağı elə onun gözü qarşısında yandırılıb. Fotolardan da göründüyü kimi, meşə zolağına ciddi ziyan dəyib, ağaclar tamamilə yararsız hala düşüb. Kənd sakinlərinin səyi nəticəsində yanğının böyük bir ərazini əhatə etməsinin qarşısı alınıb. Meşə zolağı çətinliklə söndürülüb. Bələdiyyə sədrinin bu əməlinə göz yummaq çox ciddi çinayətdir.
Məlumatda qeyd olunur ki, bələdiyyə sədrinin bu əməlinə icra başçısı aşkar şəkildə göz yumur. Sorus bələdiyyəsinin sədri Rahim Məmmədov kənddə özünü ağa hesab edir, meşə zolağının məhv edilməsinə aşkar şəkildə şərait yaradır.
Yəqin ki, aidiyyatı qurumlar meşə zolağını bu hala salan bələdiyyə sədri barədə lazımı ölçü götürəcəklər.

Bizimxeber
Lerikdə bələdiyyə sədri meşə zolağına od vurdu – FOTOLAR
Lerikdə bələdiyyə sədri meşə zolağına od vurdu – FOTOLAR
Lerikdə bələdiyyə sədri meşə zolağına od vurdu – FOTOLARскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.