Vəzifəli şəxsləri döyən ata və 2 oğul həbs edilib
Lerikdə meşəçilərə ağır bədən xəsarətləri yetirən ata və iki oğlu tutulub.
Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu il iyulun 1-də gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin "Qaz 66" markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin moto pilə ilə ağacları kəsdiyinin şahidi olublar. Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib. Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər. Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.
Məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir. Bu şəxslər dəfələrlə qəsdən meşə işçilərindən ETSN-yə şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəyiblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?