TƏK POLİS YOX, HAMIMIZ TƏBİƏTİ QORUMALIYIQ
Meşə bizim sərvətimizdir. İndi ən ucqar kəndlərimizin qazlaşdırıldığı vaxtda meşələrin qanunsuz məhv edilməsi yolverilməzdir. Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi Əlirzayev və Əkbər Kərimov saxlanılıblar.
Aparılan tədbirlərlə məlum olub ki, kənd sakini Rəmzi Əlirzayev həmkəndlisi olan Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, R.Əlirzayevə məxsuz “Qaz 66” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?