Alen Simonyanın anti-Rusiya çıxışına Moskvadan cavab göndərilib
Ermənistan parlamentinin sədri Alen Simonyanın anti-Rusiya çıxışı ilə əlaqədar rəsmi Moskvadan İrəvana məktub daxil olub.
Bunu Alen Simonyanın mətbuat katibi Nelli Qulyan bildirib.
Bildirilib ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko qubernatorlara, senatorlara Alen Simonyanın anti-Rusiya bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğu hazırlayıb göndərməyi tapşırmışdı.
Şura sədri demişdi: “Biz bu cür rusofob, anti-Rusiya çıxışlarına məhəl qoymayacağıq. Sadəcə olaraq, həmkarımız üçün ayıbdır. O artıq bütün "qırmızı xətləri" keçib”.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ölkələrinin parlament sədrlərinin konfransında çıxışı zamanı Alen Simonyan xüsusilə qeyd etmişdi ki, tədbirin əsas mövzusu Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğu üçün Ermənistan Ukraynanın, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləyir. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır