SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Bunun üçün 5 dövlət orqanından icazə almaq lazımdır”

“Bunun üçün 5 dövlət orqanından icazə almaq lazımdır”

Tarix:

23-10-2023, 13:20

/ 350 dəfə oxundu.
“Bunun üçün 5 dövlət orqanından icazə almaq lazımdır”

“Hazırda pilotsuz uçan aparatı idxal etdiyiniz zaman 5 dövlət orqanından icazə almaq lazımdır”.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, pilotsuz uçuş aparatlarının icazə sistemi kifayət qədər sadələşdirilməlidir. 

Deputat qeyd edib ki, bu isə bir çox hallarda prosedurun kifayət qədər uzanmasına gətirib çıxarır: “Texnologiyadan qaça bilmərik. Onun öyrənilməsi, istifadə edilməsi, yayılması gələcəyimiz üçün vacibdir. Eyni zamanda düşünürük ki, tənzimləməni müəyyən qədər sadələşdirmək lazımdır. Məndə olan məlumata görə, pilotsuz uçan aparatların idxalı zamanı icazələrin alınması sistemi xeyli sadələşdiriləcək, onlayn alətlərdən daha istifadə olunacaq. Bu, nəzarətin zəiflədilməsi anlamına gəlməyəcək”.

Şərhlər

XƏBƏR LENTİ