SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bu məsələ Məcnun müəllimin VECİNƏ OLMALIDIR... - Sabah onun yaxasından yapışacaqlar...

Bu məsələ Məcnun müəllimin VECİNƏ OLMALIDIR... - Sabah onun yaxasından yapışacaqlar...

Tarix:

29-09-2023, 12:07

/ 698 dəfə oxundu.
Bu məsələ Məcnun müəllimin VECİNƏ OLMALIDIR... - Sabah onun yaxasından yapışacaqlar...

Azərbaycan əhalisi son illər qida rasionundakı ətin çəkisini azaltmaq məcburiyyətində qalıb. Getdikcə məhsul daha əlçatmaz olur. Bir tərəfdən heyvandarlıq çətin dövrünü keçirir. Bunun məntiqi nəticəsi olaraq qiymətlər bahalaşır. Əhali isə daha az ət yemək reallığı ilə üz-üzə qalır.

Xalqxeber.az Bizimyol.info-ya istinadla xəbər verir ki, ölkədə mal-qara, qoyun, keçi sayı dayanmadan azalır. Biz, adətən, bu xəbərləri ciddiyə almırıq. Hətta qoyunların sayının azalması lağ mövzusuna çevrilir. Halbuki heyvandarlıqla bağlı vəziyyət çox acınacaqlı istiqamət alıb. Son bir ildə ölkədə qoyun və keçilərin sayında 8,8 faiz azalma olub. Mal-qara baş sayında da eyni tendensiya müşahidə edilib. Bu istiqamətdə azalma 4 faizi keçib. Ekspertlər vəziyyətin zamanla yalnız pisləşdiyini xüsusi vurğulayırlar. Məsələn, keçən il azalma indiki ilə müqayisədə təxminən 5 dəfə az idi. Aşkar görünür ki, son bir ildə durum daha da korlanıb.

Ölkədə mal-qara, qoyun sayı niyə azalır?
Səbəblər çoxdur. Hər şeydən əvvəl heyvanların qidalandırılması istiqamətində ciddi problem var. Fərdi təsərrüfatlar yükü daşıya bilmir. Ölkədəki su qıtlığı kəndlini çətin vəziyyətdə qoyub. Ekspertlər bildirir ki, yemçilikdə işlərin qaydasında getməsi üçün yarımqapalı şəraitə keçilməsi vacibdir. Yəni təsərrüfat kooperasiyaları olmalıdır. Ölkədə belə kooperasiyalar var, amma olduqca azdır. Kənd təsərrüfatı kooperasiyası haqqında qanun isə yalnız kağız üzərində qalıb. Örüş yerlərinin xeyli azalması da özünü göstərir. Bir çox ərazilər əkin altına verilib. Məsələn, pambıqçılıqla bağlı böyük təbliğat dalğası dövründə örüş yerləri buna qurban verildi. Pambıq ölkəyə ciddi xeyir gətirmədi. Amma örüş yerləri sıradan çıxdı. Heyvandarlıq böyük zərbə aldı. Fərdi təsərrüfatın idarə olunmasında problemlər ortaya çıxır. Dağ örüş yerlərində bir çox prosedurları həyata keçirmək asan deyil. Xəstəliklər yayılanda kəndli çarəsiz görünür. Vaksinasiya məsələləri, xəstəliklərə qarşı mübarizə təşkilatlanma tələb edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyir ki, problemlər ənənəvi köçəri modelinin bugünkü sosial həyat tərzi ilə uyğunlaşmamasına görə ortaya çıxır. Burada müəyyən qədər həqiqət payı ola bilər. Amma əsas səbəb bu deyil. Ölkədə heyvandarlıq da inhisara alınıb. Ayrı-ayrı oliqarxlar otlaq sahələrindən rahatlıqla istifadə edir. Kəndli əli-qolu bağlı qalıb. Su mənbələrinə çıxış yoxdur. Buna görə də ölkə əhalisinin az qala yarısı paytaxtda toplaşıb. Heyvandarlığa yanaşma dəyişməli, bu işlə məşğul olan sadə insanlara şərait yaradılmalıdır.

Şərhlər

XƏBƏR LENTİ