Əli Əsədov Türkiyənin yeni Vitse-prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, məktubda C.Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının aşkar təzahürü kimi qiymətləndirilib.
Vurğulanıb ki, son illər ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilmişdir.
Məmnunluqla qeyd olunub ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə əməkdaşlıq münasibətləri bu müddət ərzində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə möhtəşəm yol keçərək sarsılmaz dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Azərbaycan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən nəhəng layihələrin iki ölkənin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırdığı, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət etdiyi bildirilib.
“Bir millət iki dövlət” şüarını rəhbər tutan Azərbaycan ilə Türkiyə asında müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf etməsi, eyni zamanda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində iki ölkənin əməkdaşlığının ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və bütün digər sahələrdə daha da genişləndirilməsi istiqamətində birgə səy göstərməyə hazırlıq ifadə olunub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var