SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » `Unikal Klinika`da UNİKAL FIRILDAQ... - BUNUN BAŞQA ADI YOXDUR...

`Unikal Klinika`da UNİKAL FIRILDAQ... - BUNUN BAŞQA ADI YOXDUR...

Tarix:

17-05-2023, 11:49

/ 530 dəfə oxundu.
`Unikal Klinika`da UNİKAL FIRILDAQ... - BUNUN BAŞQA ADI YOXDUR...

 Artıq barəsində yetərincə şikayətlər olan "Unikal Klinika"nın rəhbərliyi deyəsən, edilən gileylərlə bağlı ölçü götürməyi ağıllarının ucundan belə keçirmirlər. Hər halda, bu, edilən narazılıqların günü-gündən artmasından anlaşılır.

Biz isə DİA.AZ olaraq daha bir vətəndaş gileyini təqdim edirik (QEYD: çikayətin mtənini olduğu kimi yaymaq zorundayıq).


Ariq adlı istifadəçi "Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir:

"Şikayətim Unikal Klinika - sındadandır dünən evdən həkimə gedibler həkim 9 ayrı analiz ver deyib. Deyen hemin klinikanın həkimidi və hemin klinikada verilib analizlər. Kısacası 9 analizin pulu 115 azn ödənilib 8 analiz verilib ki, digerini sabah vererik. 8 Analiz verilenin axşamı həkim cavablar çıxıb deyib atdı ama verilmeyen analizin cavabında var idi, yəni 9 analiz cavabı analiz verenin adına. Analiz verilməyibsə necə cavab çıxa biler? 8 analizin doğruluğuna necə inanım? Bele çıxır ki, pulu ödə analiz verməsəndə olar, şablon cavab çıxacaq. Getdim unikala saat 17⁰⁰ deyildi heç ne baş həkim var, ne labaratoriya həkimi var. Baş həkim köməkçisi dinlədi laboratoriya göndərdi məni, ordada köməkçi biri hekimin sehvidi dedi eyni adda iki adam olub ne bilim ne, günah bizdedi yeniden analiz verin falan. Biz indi bilməyib ele o analiz cavabı ile müalicə götürsek necə olacaqdı? Ne bilek yeniden analiz versek kimin cavabını verecekler? Ümumi hekim pulu ile birlikdə 145 azn pul ödənib uçdu getdi o pul? Yeniden başqa yerde analiz üçün yene o qeder pul ödəməliyik. Biyabırçılıq dı vallah əsəbdən isimide işleye bilmedim"

İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ