XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları FOTOLARDA

“Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları FOTOLARDA

“Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları FOTOLARDA
19-09-2017, 15:08

Bir müddət öncə “Faytonçu” ləqəbli müğənni Nazim Pişyari Cebhe.info redaksiyasının qonağı olub. Əməkdaşımızla söhbət zamanı Nazim Pişyari mayın 11-də “Elmed” klinikasında həkim Elman Əzimov tərəfindən öd kisəsində yaranan problemlə əlaqədar olaraq uğursuz əməliyyat olunduğunu deyib.

Müğənninin sözlərinə görə, həkim ona onkoloji xəstə olduğunu deyib.

Müğənni bildirib ki, ölkə xaricində, İsrail və Türkiyədə verilən analizlərin nəticələri onda heç bir onkoloji xəstəliyin olmadığını göstərib.

Həkim Elman Əzimovun vəkili Elvin Səlimovun sözlərinə görə isə, kiməsə onkoloji xəstə diaqnozu qoymaq hansısa özəl xəstəxanada çalışan həkimin səlahiyyətində deyil. Bir sıra iddialara cavab verən Elvin Səlimov bu gün böyük müzakirələrə səbəb olan anlizlərin fotovariantını redaksiyamıza təqdim edib. Azərbaycanın tanınmış müğənnisinə Milli Onkologiya Mərkəzi tərəfindən belə bir diaqnoz qoyulub.

Bir daha qeyd edək ki, İsrail və Türkiyədə, yaxın müddətdə hər iki ölkədə verilən analizlər müğənnidə belə bir xəstəliyin olmadığını aşkarlayıb.

Cebhe.info
“Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları FOTOLARDA
“Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları FOTOLARDA
“Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları FOTOLARDA

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.