SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İşğaldan azad edilən ərazilərin bərpası sürətlə həyata keçirilir

İşğaldan azad edilən ərazilərin bərpası sürətlə həyata keçirilir

Tarix:

11-05-2023, 18:49

/ 959 dəfə oxundu.
İşğaldan azad edilən ərazilərin bərpası sürətlə həyata keçirilir

 Azərbaycanın 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə xarici siyasətində iki mühüm amil öndə dayanır: Bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi ilə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr vermək.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd olunduğu “Heydər Əliyev İli” çərçivəsində tədbirlərdə bütün bu məqamlara bir daha aydınlıq gətirilir. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Qarabağ münaqişəsinin həllinin 30 il uzanması onu göstərdi ki, Ermənistan sülh danışıqlarına imitasiya naminə qatılsa da Azərbaycan məsələnin sülh yolu ilə həllində maraqlıdır və bunun üçün səylər göstərir. Tarixi Zəfərimiz bütün bu məqamların açıqlanmasında yardımçı oldu. İşğaldan azad edilmiş ərazilərimizdə törədilən vəhşiliklər 30 illik işğal dövrünün təqdimatıdır. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlara səfərləri zamanı çıxışlarında bu məqamlara xüsusi diqqət yönəldir.
Prezident İlham Əliyev mayın 10-da Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar Şuşadan müraciətində də Azərbaycanın uğurlarının təhlili əsasında bildirdi ki, bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri - doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Beynəlxalq müstəvidə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik. Bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki Azərbaycan həqiqəti sübut etdi: “Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik. 
Ölkə başçısı öz müraciətində qeyd edib ki, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın ölkəmiz rəhbərlik edir. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Azərbaycan Avropa İttifaqına üzv ölkələrin doqquz ilə strateji tərəfdaşdır.
Bildirilib ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artıb, valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir.  
Sosial məsələlər dövlət siyasətinin prioritet istiqamətidir. Son 20 il ərzində Ulu Öndərin yolu ilə gedərək sosial sahədə böyük irəliləyiş olub, maaşlar, pensiyalar müntəzəm olaraq qaldırılır, keçmiş məcburi köçkünlər üçün şəhərciklər salınıb, 300 mindən çox keçmiş məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib.
İşğaldan azad edilən ərazilərin bərpası sürətlə həyata keçirilir.  Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq keçmiş köçkünlərimizi iki kəndə qaytarmışıq. 10 kəndin bünövrəsison günlərdə qoyulubdur. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır.
Azərbaycan həm sülhün, həm də enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımlar atır. Azərbaycan tərəfindən təqdim edilmiş sülh gündəliyi müasir beynəlxalq münasibətlərin bütün prinsiplərinə və eləcə də dövlətlərarası əlaqələrin formalaşmasına xidmət edən prinsiplərdən ibarətdir. Həmçinin Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri üçün enerji təminatçısı rolunda çıxış edir.
 
 
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
 
 
 

Şərhlər

XƏBƏR LENTİ